Heydər Əliyev Fondu xalq artisti Rafiq Hüseynovu müalicəyə göndərir.
Oxu.Az Hafta.az-a istinadən xəbər verir ki, bu barədə Rafiq Hüseynov mətbuata açıqlamasında məlumat verib.
Qeyd edək ki, tibbi müayinə zamanı Rafiq Hüseynovun ağciyərində şiş aşkarlanıb.
Tanınmış diktor Almaniyada müalicə olunmaq istədiyini bildirsə də, belə bahalı müalicəyə imkanının çatmadığını bildirmişdi.
Rafiq Hüseynovun dostları yardım xahişi ilə Heydər Əliyev Fonduna müraciət ediblər və müraciətə müsbət cavab verilib. Yaxın vaxtlarda diktor Almaniyaya yola düşəcək.