Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağsu şəhərində 100 yerlik uşaq bağçası-körpələr evi inşa olunur.
Oxu.Az xəbər verir ki, 0,3 hektar ərazidə tikilən ikimərtəbəli uşaq bağçası-körpələr evi müasir memarlıq üslubunda olacaq.
Burada 5 qrup üçün nəzərdə tutulan yataq, idman, musiqi, əyləncə, həkim otaqları, yeməkxana yaradılacaq.
Tikintisi yerli inşaatçılar tərəfindən aparılan uşaq bağçası-körpələr evinin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.