Dekabrın 10-11-də Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Böyük Qafqaz sıra dağlarında yerləşən Heydər Əliyev zirvəsinə növbəti qış yürüşü baş tutdu. Yürüşdə peşəkar idmançılarla yanaşı, həvəskar idmançılar da iştirak etdilər.
Ekologiya və təbii sərvətlər nazirinin müavini, “FİREX” Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti Firdovsi Əliyev “Şahdağ Milli Parkı”nın direktor müavini İlqar İsrafilov yürüşdə iştirak edənləri salamlayaraq bu yürüşün yüksək amalından danışdılar.
“Federasiyamız vətənpərvərlik, dəyərlərə hörmət, doğma diyara sevgi, milli qürur kimi hissləri yetişən nəslə, gələcəyimiz olan gənclərə aşılamaq məqsədi ilə onları bu qəbildən olan tədbirlərə cəlb edir. İndi iştirakçısı olduğumuz “Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş qış yürüşü” də mənəvi dəyər daşıyan tədbirlərdəndir”, - Firdovsi Əliyev.
Sonda yürüşdə iştirak edənlərə sertifikatlar təqdim olundu.
Qeyd edək ki, yürüşdə Oxu.Az-ın əməkdaşı da iştirak edib. Həmin yürüşdən fotoreportajı təqdim edirik:
Səbinə Səmidxan
Fotolar müəllifindir.