Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Heyvan hücumlarını önləyən texnologiyanın iş prinsipi nədir?
Son zamanlar xüsusilə park və yeni yaşayış komplekslərinin ərazisində sahibsiz itlərin insanlara hücum etməsi hallarına tez-tez rast gəlirik.
Aidiyyəti qurumlara müraciət olunduqdan sonra itlər ərazidən uzaqlaşdırılsa da, bir müddətdən onlar yaşayış məntəqələrində yenidən peyda olurlar.
Bəs belə hallardan qorunmaq üçün hansı alternativ yollar var və bu problemin köklü həlli nə ola bilər?
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə, səs dalğaları vasitəsilə heyvanları uzaqlaşdırmaq mümkündür:
"Təbii ki, bu ultrasəs dalğaları 100-130 desibel arasında dəyişir. Bu cihazları uşaqlara, məktəblilərə vermək olar. Dağlıq, meşəlik əraziyə gedəndə insanların üzərində həmin alətin olması məsləhətlidir. Cihazın düyməsini sıxmaqla vəhşi heyvanın hücumundan qorunmaq olar".
Daha ətraflı Baku TV-nin süjetində:

"Baku TV" teqi üzrə xəbərlər
- "TikTok"da yaranan "Pulunu ver, imtahan balını artırım" kimi səhifələrin təhlükələri
- "Qayınana" filmində sadəlövh Əli, "Arşın mal alan"da zarafatcıl nökər - Məşhur aktyor necə öldü?
- Azərbaycanın yaşıl enerji hədəfi: Gələcəyin yol xəritəsi Bakıda dəqiqləşdi
- Baku TV-nin informasiya dəstəyi ilə 10-cu Milli Marketinq Forumu keçirilib
- Hacı İntiqam ulu öndərə verdiyi hədiyyədən danışdı