Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Hökməlidə içməli sudan pis qoxu gəlir - İDDİA
Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində sakinlər içməli sudan pis qoxu gəldiyini iddia edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.
İddia olunub ki, altı aydan çoxdur, içməli sudan pis iy gəldiyi üçün sakinlər əziyyət çəkirlər.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavabında İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd edilən məsələ ilə bağlı quruma heç bir müraciət daxil olmayıb.
"Qayda belədir, abonentin dəqiq ünvanı və əlaqə nömrəsi təqdim edilməlidir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Suyun Təhlükəsizliyi və Ekologiya Şöbəsinin əməkdaşları həmin ünvandan su nümunəsi götürərək laboratoriyaya təqdim etsin. Məhz analizin nəticəsindən sonra vəziyyətə aydınlıq gətirilə bilər.
Onu da xatırladaq ki, əgər suyun keyfiyyəti ilə bağlı şikayət daxil olarsa, abonentlə əlaqə saxlanılır və zərurət olduğu təqdirdə plandankənar şəkildə su nümunələri laboratoriyalara göndərilərək uyğun parametrlər üzrə yoxlanışlardan keçirilir. Nəticələrə dair müvafiq şöbəyə məlumat verilir və problem müşahidə olunduqda aradan qaldırılması işi icra edilir", - deyə qurumun açıqlamasında vurğulanıb.
Əzizə İsmayılova
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Bakıda xəncərli hücuma məruz qalan mühafizəçi: "Məni balkondan atmaq istədilər"
- Binəqədi Tibb Mərkəzində xəstələrə qarşı laqeydlik: Yağışlı havada içəri buraxılmadılar
- Bakıda işıqforların elektrik xəttinə qanunsuz müdaxilələr edilir - XƏBƏRDARLIQ
- Sumqayıt sakinlərindən ŞİKAYƏT: "Yollarımız bərbad vəziyyətdədir"
- Məmmədli kəndində səkkiz ev işıqsız qalıb: XƏTLƏR YENİLƏNİR
Rəylər