Amerikanın məşhur Huffington Post xəbər saytı insan ruhu və bədəninin digər jurnalistlərin baş qoşmağa risk etmədikləri sahələrində araşdırmalar aparmaqda davam edir.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, bu dəfə Huffpost dünya ölkələrinin kişi cinsiyyət orqanının uzunluğuna görə reytinqini əks etdirən xəritə dərc edib.
Sayt qeyd edir ki, “ola bilsin reytinq xaricə səfərləri planlaşdırarkən faydalı olacaq” və yazır ki, xəritə demək olar ki, dünyanın bütün ölkələrini əhatə edir.
Reytinqə əsasən, planetdə bu göstərici üzrə ilk yerdə Ekvador, Kolumbiya və Venesuela dayanır (xəritədə parlaq yaşıl rəngli ölkələr). Son yerlərdə isə parlaq qırmızı rənglə göstərilmiş Hindistan və Çin dayanır. Regionumuzda axırıncı yerdə ermənilər, keçmiş SSRİ məkanında ilk yerdə isə gürcülər dayanır. Azərbaycanlılar bu siyahıda orta mövqedə qərarlaşıblar.
Bununla yanaşı, Mərkəzi Asiya ölkələri (Türkmənistan) və Baltikyanı ölkələr reytinqə düşməyiblər.