Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Hüseynbala Əliyev küçəsindəki obyektdə tikinti işləri dayandırılıb
"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsindəki obyektdə razılaşdırılmadan artırma işləri faktı aşkar edilib".
Bu barədə Oxu.Az-a komitədən bildirilib.
Vurğulanıb ki, tikinti işlərinin dayandırılması üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı iş icraçısına və aidiyyəti üzrə Nəsimi Rayon İcra Hakimiyyətinə məlumat verilib. Lakin Baş İdarənin məlumatına baxmayaraq, qanunsuz işlər davam etdirilib:
"Bu səbəbdən oktyabrın 16-da Nəsimi Rayon İcra Hakimiyyətinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ciddi xəbərdarlıq olunub, tikinti işlərinin dayandırılması və tikilinin sökülməsi təmin edilib".
"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi" teqi üzrə xəbərlər
- "Təklif edirlər ki, sizi qucağımızda qaldıraq" - Şəhərlər uyğunsuzdur, yoxsa qaydalar?
- Əlilliyi olan şəxslər üçün yeni sənəd HAZIRLANDI - ÖZƏL
- Fəvvarələr meydanında qanunsuz tikili sökülüb
- Bakıda tarixi abidədə iki dəfə qanunsuz söküntüyə cəhd olub
- Səbail sakinləri parkda tikilən restorana etiraz edirlər, qurum isə bildirir ki, ELƏ FAKT YOXDUR