Goranboy rayonunun Boluslu kəndində Hüseynovlar ailəsi son vaxtlar öz doğma evlərində rahat yaşaya bilmir. Onlar günün müxtəlif saatlarında həyətə yazılı kağıza bükülü daş atıldığı iddia edirlər.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, ev sahibi Şamama Hüseynova böyük oğlunun iki il əvvəl ailə həyatı qurub evə gəlin gətirəndən sonra bu xoşagəlməz halların bağladığını deyir.
Baş verənləri aydınlaşdırmaq üçün mənzilin bir neçə yerinə kamera quraşdırılıb. Maraqlı məqam ondan ibarətdir ki, evin gəlini hansı məkana gedirsə, orada eyni hal təkrarlanır.
Müəmmalı yanğın bu gün günorta saatlarında da baş verib. Vüqar Hüseynovun evinə bitişik yarımçıq tikili qəfildən alovlanıb. Hadisə yerinə yanğınsöndürənlər çağırılıb, alovun qarşısı alınıb.
Baş verən hadisə ilə bağlı Goranboy rayon Polis Şöbəsinə məlumat verilib. Hazırda araşdırmalar davam etdirilir.
S.B.
www.oxu.az