Təhsil Nazirliyi I sinfə qəbul olunan və müəyyən zamanlarda tədrisə qoşula bilməyən şagirdin yenidən I sinifdə oxuyub-oxuya bilməməsi məsələsinə münasibət bildirib.
Oxu.Az-ın məlumatına görə, Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov bildirib ki, ibtidai sinif şagirdlərinin sinifdə saxlanılmasına yol verilmir:
“Sadəcə olaraq, bu, uzunmüddətli xəstəlik səbəbindən olarsa, müvafiq səhiyyə orqanı tərəfindən təsdiqlənmiş sənədə baxıla bilər. Bu zaman həmin uşağın evdə təhsilə cəlb olunması məsələsinin müzakirəyə çıxarılması mümkündür”.
İlhamə Əbülfət