Nizami rayon İcra Hakimiyyəti Bakının məşhur şadlıq saraylarından olan “Planet”in sökülməsi ilə bağlı tapşırıq verib.
Oxu.Az AzVision.az-a istinadən xəbər verir ki, İcra Hakimiyyəti obyekt rəhbərliyinə xəbərdarlıq edərək şadlıq sarayının gəlin maşınının zala daxil olması üçün inşa edilən tikilini sökməsini tapşırıb.
Nizami rayon İcra Hakimiyyəti söküntü üçün oktyabr ayına vaxt qoyub.
“Oktyabr ayından həmin yer söküləcək. İcra başçısı icazə vermir. Həmin yer plana düşüb”,- deyə şadlıq sarayından xəbəri təsdiqləyiblər.
Qeyd edək ki, paytaxt Bakıda yerləşən “Planet” şadlıq sarayı gəlin maşınının zala daxil olması özəlliyi ilə məşhurdur.