Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

III MDB Oyunlarının Təşkilat Komitəsinin ikinci iclası keçirilib
Azərbaycan baş nazirinin müavini Samir Şərifovun sədrliyi ilə III MDB Oyunlarının keçirilməsi üzrə Təşkilat Komitəsinin ikinci iclası keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə Gənclər və İdman Nazirliyinin nəzdində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Oyunlara hazırlıq işləri barədə təqdimatları dinlənilib.
O cümlədən qeydiyyat, hava limanında qarşılanma və yolasalma, eləcə də açılış, bağlanış və yarışlar dövründə nəqliyyat xidmətlərinin təşkili ilə, təchizat və loqistika; inzibati işlər; işçi heyətinin formalaşdırılması; könüllü proqramı; media xidmətləri və kommunikasiya; idman əməliyyatları; yarış məkanlarının hazırlığı, təhlükəsizliyin təmin edilməsi ilə bağlı aparılan işlər barədə məlumat verilib.
"III MDB Oyunları" teqi üzrə xəbərlər
- III MDB Oyunlarında iştirakını təsdiqləyən ölkələrin siyahısı bəlli oldu
- İki ildir stadionsuz qalan "Kəpəz" klubu doğma meydanına nə zaman qayıdacaq?
- Gəncə şəhər stadionunda tikinti işləri nə zaman başa çatacaq?
- Ermənistan Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında iştirak edəcək?
- Azərbaycanda keçiriləcək III MDB Oyunlarınının rəsmi saytı təqdim olunub