“Massaçusets Texnologiya İnstitutuna daxil olmaq üçün zəruri imtahanlar vermişəm. Bunun üçün bizi yaşıdlarımızdan fərqləndirən özəlliklərə sahib olmalıyıq. Startaplar, olimpiadalar və sair seçimlər var. Mən olimpiadaları seçdim. Artıq üç ildir ki, kimya fənni üzrə müxtəlif miqyaslı, respublika, beynəlxalq səviyyəli olimpiadalarda iştirak edirəm”.
Bunu MIT-ə qəbul olunan Dəniz Səttarlı Oxu.Az-a açıqlamasında bildirib.
O qeyd edib ki, gələcəkdə magistratura, doktorantura təhsili almağı planlaşdırır:
“Təhsil alan zaman işləməyi də düşünürəm. Qazandığım təcrübəni ölkəm adına faydalı işlər görmək üçün sərf etməyi planlaşdırıram”.
Fidan Qarayeva da tam təqaüdlə riyaziyyat fənni üzrə təhsil alacaq. Onun atası Meksikada yaşayır və riyaziyyatçı alimdir.
14:44
Azərbaycandan olan iki şagird ABŞ-nin dünyaca məşhur Massaçusets Texnologiya İnstitutuna birbaşa qəbul alıb.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Fidan Qarayeva
Dəniz Səttarlı
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva və Türkiyə Dəyanət Vəqfi Bakı türk liseyinin 11-ci sinif şagirdi Dəniz Səttarlı həmin İnstituta qəbul alıblar.
Fidan Qarayeva riyaziyyat fənni üzrə, Dəniz Səttarlı isə kimya fənni üzrə dəfələrlə beynəlxalq və respublika olimpiadalarının qalibi olublar.
İlhamə Əbülfət