Sabirabad rayonunda 13 gün öncə Kür çayında batan şəxsin meyiti tapılıb.
Oxu.Az xəbər verir ki, hadisə oktyabrın 3-də rayonun Cavad kəndi ərazisində qeydə alınıb.
Belə ki, Sabirabad rayonunun Türkədi kənd sakini, 1989-cu il təvəllüdlü Laiq Telman oğlu Məmmədov çayda batıb.
Onun meyiti bu gün aşkar edilərək sudan çıxarılıb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Əli Məmmədov