Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İki övladı da ağır xəstə olan ana yardım diləyir
On yaşlı Yağmurun və beş yaşlı Haziranın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onların anası Mənsurə Əliyeva məlumat verib.
O bildirib ki, övladlarının müalicəsi üçün yardıma ehtiyacları var:
"Yağmurun on yaşı var, o, anadangəlmə ürək qüsuru ilə doğulub. Doğulduğu gündən müalicələrini etdirsək də, vəziyyəti ağırlaşdığı üçün 2020-ci ildə açıq ürək əməliyyatı keçirib. Oğlum Haziranın isə 5 yaşı var. Onun nitqində qüsur var. Beş yaşı olsa da, danışa bilmir. Həkimlər onu vaxtında müalicə etdirsək, səhhətinin yaxşılaşacağını deyirlər".
Gənc ana övladlarının müalicələri üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Yağmurun son dövrlərdə vəziyyəti lap ağırlaşıb. Dərsə gedə bilmir, çox yeriyə bilmir. Sizin izləyicilərin dəstəyi ilə biz müayinəyə gedə bildik, həkimlər Yağmurun təcili əməliyyat olunmalı olduğunu dedilər. Bunun üçün isə bizim 4000 manata ehtiyacımız var. Mən evdar qadınam, yoldaşım isə rayonda günü 15 manata fəhləlik edir. İş olandan olana işləyir. İnanın, oğlum günlərdir banan istəyir, onu almağa belə imkanımız yoxdur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını, balalarımın müalicəsində yanımızda olmalarını xahiş edirəm"".
Ailə ilə əlaqə: (051) 843-58-99.
Kapital Bank: 4169 7388 6797 7336.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- 54 günlük körpənin vəziyyəti yenidən ağırlaşıb: 13 il övlad həsrəti çəkən ana fəryad edir
- Səkkiz yaşlı Mehdinin sizin köməyinizə ehtiyacı var: Ən böyük arzusu anasına tərəf addımlamaqdır
- Bakıda 12 yaşlı oğlan 14-cü mərtəbədən yıxılıb öldü
- Övladının müalicəsi üçün evini satan ana yardımsevər şəxslərdən dəstək istəyir
- Bir yaşlı Kamranın dəstəyə ehtiyacı var