Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İki övladının da səhhətində problem olan ana yardım gözləyir: 600 manata ehtiyacları var
Dördaylıq körpələrin dəstəyə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onların anası Aysel Əhmədova məlumat verib.
O bildirib ki, övladları erkən doğulduqları üçün səhhətlərində problem var:
"Atilla və Altay avqust ayının 30-da 31 həftəlik olarkən dünyaya gəliblər. Erkən doğulduqları üçün ikisinin də səhhətində problemlər var. Atilla fizioloji sarılıq, Altay isə ağciyər durğunluğundan əziyyət çəkir".
Gənc ana övladlarının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Uşaqlar erkən doğulduqları üçün bir müddət küvəzdə saxlamağa məcbur olduq. Həmin dövrdə, demək olar ki, əlimizdə olan hər şeyi verdik. Dost-tanışın dəstəyi ilə də müalicələrini edirik. Həkimlər uşaqların düzgün müalicə ediləcəyi halda tamamilə sağala biləcəklərini deyirlər. Hazırda uşaqların müalicəsi üçün aylıq 500-600 manata ehtiyacımız olur. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 579-77-23
"Leobank": 4098 5844 9655 6208.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Əlləri yanan bir yaşlı körpənin dəstəyə ehtiyacı var
- Yeddi yaşlı Ümidin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Ağır xəstəliyi olan iki yaşlı Rüfətin dəstəyə ehtiyacı var: Müalicə üçün imkanları yoxdur
- Bədəni yanan biryaşlı Tunarın dəstəyə ehtiyacı var
- On yaşlı Məryəmin təcili müalicəyə ehtiyacı var