İki azyaşlı övladını və həyat yoldaşını evdə qoyaraq qaçan Ucar rayonu Qaradağlı kənd sakini Ağayeva Çinarə Məhəbbət qızının qayınatası ölkə.az-a danışıb.
Oxu.Az xəbər verir ki, qayınata bildirib ki, gəlininin əlaqəsindən xəbərsiz olublar: “Çinarənin 26 yaşı var və iki övlad anasıdır. Oğlumla heç bir problemi olmayıb. Üç gün əvvəl xəbər tutmuşuq ki, kiməsə qoşulub qaçıb. Uşaqlar hazırda evdədirlər”.
Qeyd edək ki, Çinarə Ağayevanın yaxınlıqdakı tikintidə çalışan fəhləyə qoşulub qaçdığı bildirilir.
15:01
Azərbaycanda daha bir ailəli qadın başqa kişiyə qoşularaq evdən qaçıb.
Oxu.Az-ın ölkə.az-a istinadən verdiyi məlumata görə, hadisə Ucar rayonunun Qaradağlı kəndində baş verib.
Məlumata görə, yaxınlıqdakı tikintidə çalışan fəhlələrdən biriylə tanış olan qadın üç gün öncə iki azyaşlı uşağını da evdə qoyaraq qaçıb.
Faktı rayon polisi təsdiqləyib.
Z.Q.
www.oxu.az