İki yaşlı Asimin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Aybəniz Əliyeva məlumat verib.
O bildirib ki, övladı oktyabrın 20-də yaşadıqları evdə yanıb.
“Asimin iki yaşı var. Anadangəlmə autizm sindromludur. Oktyabrın 20-də yaşadığımız evdə əlini su dolu isti qazana salıb. Əlləri tamamilə yanıb. Hadisə günü bizi Bakıda yerləşən xəstəxanalardan birinə göndərdilər. İmkan olmadığı üçün artıq bir neçə gündür xəstəxanadan çıxmışıq. Hazırda Asimin dərmanlarını almaq üçün 500 manata ehtiyacımız var. Övladımın ağrıları çox şiddətlidir. Nə susur, nə də ağrıdan rahatlıq tapır. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (070) 500-21-32.
Kapital Bank: 4169 7388 5931 9927.