Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İki yaşlı Məhəmmədin dəstəyə ehtiyacı var: Müalicəsi yarım qalıb
İki yaşlı Məhəmmədin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Lalə Əliyeva məlumat verib.
O bildirib ki, övladı hidrosefaliya xəstəliyindən əziyyət çəkir:
"Məhəmmədin iki yaşı var. O, anadangəlmə hidrosefaliya xəstəliyindən əziyyət çəkir. Bildiyimiz ilk gündən müalicələrini etdirsək də, bunun qarşısını almağı bacarmadıq. Onun vəziyyəti günü-gündən ağırlaşırdı. Biz məcbur Türkiyəyə gedib, orada əməliyyat olunduq. Əməliyyata təxminən 15 min manatdan çox xərcimiz çıxdı. Xəstəxanaya yaranan borclarımızı sizin saytın izləyicilərinin dəstəyi ilə ödəyib, ölkəmizə qayıda bildik".
Gənc ana ölkəyə qayıda bilmələri üçün dəstəyə ehtiyacları olduğunu deyib:
"Bizim ailədə tək yoldaşım işləyir. Məhəmmədin iki ildir müalicələrini edə bilirik. Amma əməliyyat və əməliyyatöncəsi müalicə üçün əlimizdə heç bir məbləğimiz yox idi. Buna görə də həmin məbləğin 10 min manatını borc alıb, digər beş min manatını isə anam və mən qızıllarımızı satıb toplaya bilmişik. Hazırda müalicələri davam etdirmək üçün, inanın, imkanımız yoxdur. Dərmanlarını almaq üçün 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (077) 300-47-58.
Beynəlxalq Bank: 5522 0993 6744 0641.
"Köməyə ehtiyacı olan insanlar" teqi üzrə xəbərlər
- Bir övladını itirən ana yardım diləyir: "Yağmuru da itirməyə ürəyim dözməz"
- Üç yaşlı Zəhranın yardıma ehtiyacı var: Müalicə üçün 700 manat lazımdır
- Üç övladı da ağır xəstəlikdən əziyyət çəkən ana yardım istəyir
- Yeddi yaşlı Səmədin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var
- Azyaşlı övladları olan ana ölümlə mübarizə aparır: Artıq uşaqlarını da tanımır
Rəylər