İki yaşlı Raulun sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Dünya Hüseynova məlumat verib.
O bildirib ki, övladı anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkir.
“Raulun iki yaşı var, anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkir. Əvvəllər epilepsiyası gün ərzində bir dəfə tutsa da, indi gün ərzində 3-4 dəfə tutur. Dərmanlarını içməyəndə, müalicələrini etməyəndə isə vəziyyəti daha da ağırlaşır. Raulun doğulduğu gündən, demək olar ki, bütün müalicələrini etmişik, amma hazırda maddi cəhətdən tükənmişik”.
Gənc ana övladının müalicə üçün dəstəyə ehtiyacı olduğunu deyib.
“Biz Bakıda kirayədə yaşayırıq. Yoldaşım fəhlə işləyir, Raul isə tək övladımızdır. Onun müalicəsi üçün hazırda 700 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (099) 792-07-72.
Uni Bank: 5243 7544 4254 5784.
Rəylər