Bu gün səhər saatlarında Bakı-Qazax avtomobil yolunun 43-cü kilometrliyində “Shacman” və “Qaz” markalı 2 yük avtomobilinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata əsasən, dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Qaz” markalı avtomobildə olan sərnişin hadisə yerində vəfat edib.
Xilasedicilər deformasiyaya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarıb və aidiyyəti üzrə təhvil verib.