Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İkinci kurs tələbəsi faciəli şəkildə HƏLAK OLDU - TƏFƏRRÜAT
Azərbaycanda ikinci kurs tələbəsinin ölüm səbəbi məlum olub.
Oxu.Az "Report"a istinadən məlumat verir ki, bir neçə gün əvvəl Gəncə şəhər ərazisində "Opel" markalı avtomobilin vurduğu piyada Elcan Əliyev müalicə aldığı xəstəxanada həyatını itirib.
Qeyd edək ki, o, Gəncədə Azərbaycan Texnologiya Universitetinin tələbəsi olub.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda ikinci kurs tələbəsi dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Texnologiya Universitetindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Texnologiya Universitetinin logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasının ll kurs tələbəsi Elcan Elçin oğlu Əliyev ölüb.