Həmid Həmidov və Natella Osmanlının təqdimatında “İkisi birinə qarşı” populyar şousunun növbəti buraxılışı yayımlanıb.
Baku TV-nin efirində tamaşaçılarla görüşə gələn verilişin bu dəfəki qonağı məşhur bloger, şoumen Kamran Razmovar olub.
Aparıcılarla səmimi söhbət zamanı Kamran Razmovar canlı efirlərə başlamasının maraqlı tarixçəsindən, ermənilərin onun sosial şəbəkə hesablarına yazdıqları Azərbaycanla bağlı fikirlərdən bəhs edib. O, bildirib ki, Azərbaycanla münasibətləri qaydasına salmaq tərəfdarı olan ermənilər sadəcə “Bakı erməniləri” deyil, dünyanın bütün guşələrindən olan ermənilər arasında bu fikri dəstəkləyənlər var.
Kamran Razmovar proqramda həmçinin Azərbaycanın İrəvandakı səfiri olmaq arzusundan bəhs edib.
Ətraflı videoda: