Dünən “Azadlıq” prospektində baş vermiş yanğın hadisəsi zamanı evlərdən birində olan Quran kitabı yanmayıb. Bir qrup insanlar bu hadisəni Allahın möcüzəsi kimi təqdim etməkdədirlər.
Oxu.Az xəbər verir ki, Moderator.az-a açıqlama verən İlahiyyatçı Elşad Mirinin sözlərinə görə, burda heç bir möcüzədən söhbət gedə bilməz:
“Baş vermiş hadisədə möcüzə axtarmaq, Allahın kitabı xilas etməsi kimi təqdim etmək gülüncdür. Sual yaranar ki, bəs Allah niyə binada olan insanları xilas etmədi? Kitabın yanmaması sırf texniki səbəblərlə bağlıdır. Bizim insanlar həmişə o kitabı qapalı yerlərdə saxlayırlar məhz buna görə, yanğın hadisələri baş verən zaman kitab çox vaxt yanmır. Yəni Qurani-Kərimin əvəzində başqa kitab da olsaydı yanmazdı.
Quranın yanıb-yanmaması möcüzə deyil. Möcüzə yaradanın bu kitab vasitəsi ilə insanlarla danışmasıdır. İnsanlarımız bu kitabı yasda oxumaq üçün, toyda bəylə gəlini altından keçirmək üçün istifadə etməməlidirlər. Bu kitab olduğu evlərdə hər gün oxunmalıdır, çünki oxunmaq üçün göndərilib”.
E.Ə.
www.oxu.az