Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 30-da Bakının rəmzlərindən olan Qız Qalasında həyata keçirilən konservasiya işləri və yeni yaradılan muzey ekspozisiyası ilə tanış olublar.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, “İşərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Samir Nuriyev dövlət başçısına və xanımına burada həyata keçirilən yenidənqurma işləri barədə ətraflı məlumat verib.
Qız Qalası ilə tanışlıqdan sonra prezident və xanımı xatirə şəkli çəkdiriblər.