Şuşada Azərbaycanın görkəmli bəstəkar, alim və ictimai xadimlərinin büstü qoyulub.
Belə ki, prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olan zaman dahi şəxsiyyətlərin büstlərinin açılışında iştirak ediblər.
Şuşada bəstəkar, musiqişünas-alim Üzeyir Hacıbəyovun, XIX əsr Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvanın və dahi müğənni Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) büstü ucaldılıb.
Rəylər