İş adamları müəyyən əməllər üzrə ittiham olunur. Araşdırmalar, məhkəmə prosesləri göstərəcək ki, bu insanlar öz bizneslərini Azərbaycanın mövcud qanunvericiliyi çərçivəsində aparıblar, yoxsa yox.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu bir qrup iş adamının saxlanılması və həbsinə münasibət bildirən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.
Ə. Həsənov deyib ki, Azərbaycan prezidenti İlham Əliyev dövlətin iş adamlarını dəstəklədiyini bir daha vurğulayıb:
“Prezident də qeyd etdi ki, iş adamlarından yeganə tələbimiz Azərbaycanın mövcud qanunvericiliyinə əməl etmələridir”.