Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

İlham Əliyevin oğlu qızıl medal aldı
Təhsil naziri Mikayıl Cabbarovun “Ümumtəhsil məktəblərinin məzunlarının qızıl medalla təltifi haqqında” əmrinə əsasən, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012/2013-cü dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq, 238 XI sinif məzunu qızıl medalla təltif olunublar.
Oxu.Az xəbər verir ki Modern.az saytı Təhsil Nazirliyindən bu il orta məktəbi qızıl medalla bitirən məzunların siyahısını əldə edib.
Onların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.
Siyahıda 119-cu sırada Azərbaycan Prezidentinin bu il məzun olan oğlu Əliyev Heydər İlham oğlu yer alır.
Bakıdakı Heydər Əliyev adına Müasir Təhsil Kompleksini bitirən yeniyetmə Əliyevin də adı bu təhsil ocağının “Şərəf kitabı”na yazılacaq.
Prezident İlham Əliyevin oğlu Heydər Əliyev bu il ali məktəblərə keçirilən II ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak edib.
1997-ci il təvəllüdlü Heydər Əliyev tələbə adını qazanmaq üçün imtahanı Prezident yanında Dövlət İdarəçilik Akademiyasında verib.
O, artıq tələbə adını da qazanıb.
"Bakı" teqi üzrə xəbərlər
- Bakının iki rayonunda keçirilən əməliyyat zamanı 22 qumbara aşkarlandı
- Bakı küçələrindən rəngarəng reportaj: Novruz hazırlıqları necə gedir?
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Bakıda gecə klubunun sahibi cəzalandırıldı
- "Doğma Bakıda görüşərik" - Tanınmış stilist Vladislav Lisovets dəb sirlərini bölüşəcək