Xalq artisti İlhamə Quliyeva nənə olub.
Sənətçinin mətbuat xidmətinin rəhbəri Faiq Ələkbərlinin Gün.Az-a verdiyi məlumata əsasən, iyunun 4-də, gecə saatlarında İlhamə xanımın oğlu Orxanla Arifənin oğlan övladları dünyaya gəlib.
“Hazırda ana və bala Mərkəzi Neftçilər Xəstəxanasındadır. İlhamə Quliyeva çox xoşbəxtdir. İlhamə xanım özü xəstəxanaya gedib, baş həkimlə görüşüb, gəlininin və nəvəsinin yaxşı olduğuna tam əmin olub. Onu da deyim ki, İlhamə xanım nəvəsinə Ruslan adını verib. Uşaq çox gözəldir, Orxana oxşayır”.
Qeyd edək ki, İlhamə Quliyevanın oğlu Orxanın toyu bu il aprelin 19-da olub.
www.gun.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin