Avropa İttifaqının bir müddət əvvəl apardığı və Azərbaycana gələn xarici əmək mühacirlərinin sayının artdığının qeyd olunduğu tədqiqatı çoxlarını təəccübləndirdi. Tədqiqatda həmçinin qeyd olunur ki, regionda ən yüksək məşğulluq səviyyəsi (əhalinin 60%-i) Azərbaycandadır.
Bəs nə üçün bir çoxları əvvəlki kimi Azərbaycanda iş tapmağın çətin olduğundan şikayətlənirlər?! Gəlin araşdıraq
İş yoxdur? Mütəxəssis yoxdur!
Azərbaycanda yeni iş yerlərinin açılmasına ehtiyac varsa, o zaman izah edin, nə üçün hər il bizim yüz minlərlə manatımız (bəlkə də daha çox) ukraynalı proqram təminatçılarının xidmətlərinin ödənilməsinə sərf olunur? Və bu yalnız bir nümunədir. Bəs ölkəmizdə nə qədər xarici mühəndis, menecerlər işləyirlər?
Bəli, yeni zavod və ya fabriklər əhalinin bir hissəsini işlə təmin edə bilərdi. Bəs ölkəyə bu iş yerləri lazımdırmı? Əgər düşünsək, Azərbaycanda zəruri olan hər bir şey istehsal edilir. Çörəkbişirmə sexləri, süd məhsullarının istehsalı üzrə sexlər var, sement və digər tikinti materiallarını istehsal edirik. Bəs fabrik və zavodları hansı sahələrdə açmaq lazımdır? Bu, birincisi.
İkincisi, hətta belə zavodlar açılsa, onların səmərəli işləyə biləcəyinə dair zəmanətlər varmı? Çin ucuz işçi qüvvəsinin sayəsində dünyada məhsul istehsalı üzrə birinci yerə yüksəlib. Bəs sizlərdən kimsə çinli işçilər kimi sutkada 12 saat işləyib qəpik-quruş almağa hazırdırmı? Bundan başqa, istehsal sahəsinin yaradılmasına ehtiyac olsaydı, yəqin o sahə artıq mövcud olardı. Və bunu dövlətin etməsini gözləmək lazım deyil. Bunun üçün biznes var.
Zavod hansısa bir səbəbdən (böhran, qeyri-səmərəli istehsal) bağlanarsa, həmin işçilər yenə də küçələrdə qalacaqlar.
Amma kənd təsərrüfatı sahəsini Azərbaycanda inkişaf etdirmək lazımdır. Lakin, torpaqda işləmək gücü olan həmin gənc insanlar şəhər restoranları, ticarət mərkəzləri və sair yerlərdə daha rahat şəraitə üstünlük verirlər.
Eyni zamanda, bizim şirkətlərin demək olar ki, bütün sahələrdə, o cümlədən də informasiya texnologiyaları sahəsində peşəkar kadrlara ehtiyacı var.
Artıq üçüncü ildir ki, biz bazar iqtisadiyyatına keçsək də, sovet düşüncə tərzi hələ də qalıb. Ali məktəblərdən işə təyinat gözləyirlər. Axı sən əşya deyilsən ki, səni harasa yerləşdirsinlər. Ali, həm də orta ixtisas məktəblərinin məzunları bazara onun tamhüquqlu üzvləri kimi daxil olur, öz xidmətlərini təklif edirlər. İstədiyi işi məhz keyfiyyət və uyğun qiymətlə xidmət təklif edənlər alacaq.
Bəli, işə qəbul zamanı qərəzli münasibətə (qohumların olması və s.) dair çoxsaylı nümunələr gətirmək olar, lakin hətta Azərbaycanda da bazar qanunlarını heç kim ləğv etməyib.
Qırmızı diplomlu məzunların potensialı yoxdursa, onlar ölkəyə lazım deyillər. Və heç bir əlavə iş yeri bu problemi həll etməyəcək. Bununla barışın və vəziyyəti öz əlinizə alın. Mehriban bir “daydayın” gəlib sizi işə “yerləşdirəcəyini” gözləməyin.
Azərbaycana işçi qüvvəsi lazım deyil. Ölkəyə ucuz işçi qüvvəsi artıq digər ölkələrdən gəlir (məsələn, bir vaxtlar bulvarın ərazisində çinlilər işləyirdi). Azərbaycana “başlar” – beyin potensialı lazımdır.
İndi isə əsas məsələyə keçək – Azərbaycanda işi necə tapmalı?
Əgər siz tələbəsinizsə, bunu etmək sizin üçün daha asan olacaq. Təcrübə qazanmağa başlayın, sizi maraqlandıran sahədə iş tapın və ilkin mərhələdə nə qədər maaş alacağınız, yaxud heç bir maaş almayacağınız əhəmiyyətli deyil. Stajor kimi işləyin. Təcrübə - lazım olan bax budur. Və əgər siz özünüzü yaxşı tərəfdən göstərsəniz, həmin şirkətdə, yaxud da digər şirkətdə işə düzələcəyinizi əminliklə söyləmək olar.
Siz artıq tələbə deyilsiniz və ümumiyyətlə ali məktəbi çoxdan bitirmişsinizsə, o zaman, necə deyərlər, oxumaq heç vaxt gec deyil. Öz təcrübənizlə silahlanın və biliklərinizi hazırkı şəraitə, daha dəqiq, bazarın tələblərinə uyğun düzənləyin.
Yeri gəlmişkən, tələbat haqqında danışaq. Azərbaycanda, xüsusilə də Bakıda bütöv bir ofisiant, satıcı və taksi sürücüsü (yaxud da, digər nəqliyyatın sürücüləri) var. Bu insanlar informasiya texnologiyaları sahəsində çalışsaydılar, əlbəttə ki, yüksək qazanc əldə etmiş olardılar.
Lakin reallıq budur ki, dünyada ən sürətli templərlə inkişaf edən sahə Azərbaycanda praktiki olaraq, təklifsiz qalıb. Tələbat böyükdür, amma ədalətli qiymət qarşılığında keyfiyyətli xidmət demək olar ki, yoxdur. Mən demək istəmirəm ki, bizdə bacarıqlı proqramçılar yoxdur. Xeyr, onlar var, lakin sayları çox azdır və xidməthaqları sizin ödəməyə hazır olduğunuz məbləğdən çox yuxarıdır. Buna görə də, bizim biznesin milyonlarla vəsaiti xaricə yaxud əcnəbi mütəxəssislərin əməkhaqlarının ödənilməsinə sərf olunur. Və bu təkcə informasiya texnologiyaları sahəsində deyil, digər sahələrində ixtisaslı mühəndislər, idarəetmə üzrə kadrlara ehtiyacı var.
Harada axtarmalı?
İnformasiya texnologiyaları əsri böyük imkanlar əsridir. İnternetə daxil olun. Bizdə işədüzəltmə üzrə kifayət qədər sayt var. Bu saytlara tez-tez baxın və ola bilsin oradan axtardığınızı tapa biləcəksiniz (məsələn, Boss.Az).
Deyirlər ən yaxşı iş tapmaq imkanı – dostların köməyi ilə baş tutur. Bu bütün dünyada belədir. Və burada da İnternet öz sosial şəbəkələri ilə sizə kömək ola bilər.
Və daha bir neçə məsləhət. Öz CV-ni hara gəldi göndərməyib. İşəgötürənin potensialını, ona nəyin lazım olduğunu öyrənin və öz CV-ni buna uyğun hazırlayın. Heç olmazsa kiçik giriş sözünün olmadığı məktub sizin işə düzəlmək imkanlarınızı demək olar ki, sıfıra endirəcək. Yadda saxlayın, işə düzəlmək istəyərkən siz, öz xidmətlərinizin satıcısı kimi çıxış edirsiniz. Buna görə də, xidmətlərinizi ən yaxşı şəkildə təqdim etməlisiniz.
İndi isə sizə bir sirr açım. İnternetin sayəsində sərhədlər aradan qalxdı. Azərbaycanda iş tapmasanız öz xidmətlərinizi beynəlxalq əmək birjalarında “satışa çıxara” bilərsiniz. Şəbəkədə frilanser qismində xidmətlərinizi təqdim edə biləcəyiniz çoxlu sayda saytlar var.
Unutmayın, hər şey sizin məqsədyönlülüyünüzdən asılıdır.
Lalə Allahverdiyeva
Məqalə müəllifin nəzər nöqtəsini əks etdirir
Azərbaycan Xəbərləri
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin