Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda "Molotov kokteyli" atılan məktəb müəyyən edilib.
Oxu.Az xəbər verir ki, hücuma məruz qalan məktəb Salyan şəhəri 4 nömrəli orta məktəbdir.
Qeyd edək ki, hadisəni törədən şəxs, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseynov polis tərəfindən saxlanılıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar həbs ediliblər.
Araşdırmalar davam etdirilir.
İqbal Ziya
Oktyabrın 26-da gecə saatlarında Salyan rayonunda yerləşən orta məktəblərdən birinin əmlakına zərər vurulub, binaya "Molotov kokteyli" atılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, polis tərəfindən hadisəni törədən, əvvəllər dəfələrlə məhkum olunmuş M.Əhədov və tanışı M.Hüseynov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq onlar həbs ediliblər.
Araşdırma davam etdirilir.