Almaniyanın paytaxtı Berlin yaxınlığındakı Qozen-Noy-Tsittau yaşayış məntəqəsində yerləşən orta məktəbdə naməlum şəxsin hücumu nəticəsində iki nəfər həlak olub. Şübhəli şəxs saxlanılıb.
Oxu.Az bu barədə "Märkische Allgemeine Zeitung" qəzetinə istinadən xəbər verir.
Nəşrin bildirdiyinə görə, həlak olanlar arasında hücumun qarşısını almağa çalışan 30 yaşlı kişi və 18 yaşlı gənc qız var. 19 yaşlı şübhəli şəxsin həlak olan qızın keçmiş sevgilisi olduğu bildirilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər hadisə yerində işləyirlər. Məktəbin ətrafı mühasirəyə alınıb. İki xilasedici helikopter də hadisə yerinə cəlb olunub.