İyunun 4-də qondarma “Dağlıq Qarabağ Respublikasının” “prezidenti” Bako Saakyan dünyada məşhur opera müğənnisi Monserat Kabalyeni qəbul edib.
Monserat Kabalyeni salamlayan “prezident” Saakyan qeyd edib ki, “DQR”də onun çoxlu pərəstişkarları var və vurğulayıb ki, məşhur incəsənət xadimləri ilə əməkdaşlıq Qarabağda mədəniyyətin inkişafına yardım edəcək.
Görüşdə Erməni Apostol Kilsəsinin “DQR” bölməsinin rəhbəri, arxiyepiskop Parqev Martirosyan, “mədəniyyət və gənclər naziri” Narine Aqabalyan, digər vəzifəli şəxslər iştirak ediblər.
www.news.am
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin