Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şabran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.
Oxu.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Zaur Cəbrayılov öz ərizəsi ilə təqaüdə göndərilib.
Şabran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinin icrası Novruz Quliyevə tapşırılıb.
Qeyd edək ki, Zaur Cəbrayılov 2021-ci ildən Şabran rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsində çalışırdı.