Tovuzda baş vermiş yol-nəqliyyat hadisəsində xəsarət alanların kimliyi məlum olub.
Oxu.az-ın məlumatına görə, qəza nəticəsində avtomobilin sürücüsü, 2003-cü il təvəllüdlü Anar Qurbanov və sərnişinlər, 1996-cı il təvəllüdlü Abuzər Abuzərli, 1992-ci il təvəllüdü Turxan Kamranzadə və 1991-ci il təvəllüdlü Rəşid Sabirli müxtəlif dərəcəli xəsarətlər alıblar.
Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən zərərçəkənlərin vəziyyəti kafi və orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Tovuz rayonunda avtomobil su kanalına aşıb.
Oxu.Az-ın məlumatına görə, rayonun Alakol kəndində VAZ-2107 markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.
Hadisə nəticəsində sürücü və avtomobildə olan daha iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Zərərçəkənlər Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Onların kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Yusuf Məmmədli