Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi nəticəsində ölən Bahəddin Əfqan oğlu Nəcəfzadə fotoları yayılıb.
Oxu.Az onun fotosunu təqdim edir.
Qeyd edək ki, mərhum Masallı rayonunda dəfn olunub.
İqbal Ziya
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Sabunçu qəsəbəsi, Heydər Əliyev prospektində qeydə alınıb.
Nəcəfzadə Bahəddin Əfqan oğlu idarə etdiyi "Lada Granta" markalı avtomobil ilə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan Seyidov Şamo Hüseynağa oğlunun idarə etdiyi MAN markalı yük avtomobilin yarımqoşqusuna dəyib. Sürücü B.Nəcəfzadə Neyrocərrahiyyə klinikasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi başlanılıb.