Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İllər sonra Binəyə QATAR QAYIDIR - Sakinlər Bakıya rahat çatacaqlar
Bakının ən böyük qəsəbələrindən biri də Binədir. Son illərdə qəsəbə sakinlərinin sayı dinamik sürətdə artmağa davam edir. Lakin tıxac problemini və əhalinin sıxlığını nəzərə alsaq, Binə sakinlərinin şəhərə gəliş-gedişi xeyli çətinləşib. Bu məqamda ağlımıza alternativ nəqliyyat yolu kimi vaxtilə mövcud olmuş dəmir yolu gəlir.
"Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsinə dair Tədbirlər Planına əsasən, 2026-2028-ci illərdə Bakıxanov-Binə-Qala dəmiryol xəttinin bərpası nəzərdə tutulur.
Bəs görəsən, "2026-2028-ci illərdə Bakıxanov-Binə-Qala dəmiryol xəttinin bərpası" dedikdə tam olaraq nə nəzərdə tutulur? Qəsəbə sakinləri Binədən hansı istiqamətlərə gedə biləcəklər?
"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bu fikirləri səsləndirib:
"Hazırda Bakıxanov-Binə-Qala dəmiryol xətti yükdaşımaları üçün istifadə olunur. Gələcəkdə bu xətt həm də sərnişindaşıma məqsədilə istismar olunacağı təqdirdə, sərnişinlər Binədən Bakıxanov, Koroğlu, Keşlə stansiya və dayanacaqlarına və Bakı Dəmiryol Vağzalına gedə biləcəklər. Eyni zamanda, Bakıxanov dayanacağından Sabunçu, Zabrat-1, Zabrat-2, Məmmədli, Pirşağı, Görədil, Novxanı və Sumqayıt istiqamətinə səfər edə biləcəklər".
Məhərrəm Əliyev
"Bakı Dəmiryol Vağzalı" teqi üzrə xəbərlər
- Bakı-Qazax sürətli sərnişin qatarı istifadəyə verilib
- Sabahdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılır
- Bakıdan Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişin daşımalarına start verilir
- Bakıdan Sumqayıta gedən sürət qatarlarında yubanmanın səbəbi AÇIQLANDI
- Bakı-Sumqayıt qatarında gecikmənin səbəbi açıqlandı