Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İllərdir yataq xəstəsi olan meyxanaçının yaxınları: “Günü-gündən arxaya gedir” - AÇIQLAMA + FOTO
Tanınmış meyxana ustadı Ağakərimin (Kərim Novruzov) vəziyyəti stabildir.
Bu barədə Oxu.Az-a meyxana ustadının ailə yaxınlarından məlumat verilib.
Meyxanaçının səhhətində heç bir irəliləyişin olmadığı bildirilib:
“İllərdir ki, yataq xəstəsidir. İrəliləyiş yoxdur. Günü-gündən arxaya gedir. Beyin, insult - həkimlərin bacarmadığı xəstəlikdir. Onlar da əllərindən gələni ediblər. İndi də müalicə davam edir. Vəziyyəti stabildir”.
Meyxana ustadı Ağakərimin bəzən kimsəni tanımadığı əlavə edilib:
“Beyindir. Bizi bəzən tanıyır, bəzən də yox. Tanıyanda xeyli söhbət edir. Bir də görürsən ki, ümumiyyətlə, danışmır. Onun ayaqları tutulub. Ümumiyyətlə, gəzə bilmir”.
Sənət yoldaşı Ağamirzə Məmmədov meyxana ustadı Ağakərimin ağrılar içində olduğunu söyləyib:
“May ayının 1-də ad günü idi. Yanına ziyarətə getmişdik. Ağrılar içində idi. Sadəcə bizi izləyirdi. Heç nə danışmadı. O, illərdir ki, xəstəliklə mübarizə aparır”.
Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin mart ayında beyninə qan sızıb. Həmin gündən söz ustadının səhhətində ciddi problemlər yaranıb.
Nəzrin Vahid
"Ağamirzə" teqi üzrə xəbərlər
- Avtomobilsiz mərkəz və keçilməz tıxac qorxusu: “Zona Qış parkına qədər uzana bilər” - FOTO
- Bakının mərkəzində avtomobilsizləşdirmənin nəticəsi necə olacaq? - AÇIQLAMA + FOTO
- Bakıda dəmiryol xətlərinin sökülməsinin səbəbi bəlli oldu - YENİLƏNİB + FOTO/VİDEO
- Meyxanaçı Kərimin oğlu: “Qapımızın yerini tanımayan meyxanaçılar yalan danışırlar”
- Sürücüləri çaşdıran yol: AAYDA deyir, sür, polis deyir, sürmə - AÇIQLAMA
Rəylər