“Polkovnik İlqar Mirzəyevsiz onun hərbçi yoldaşlarına da ailəsi qədər çox ağırdı”.
Bu sözləri Oxu.Az-a açıqlamasında şəhid polkovnik İlqar Mirzəyevin hərbçi yoldaşı Xəyyam Məmmədov deyib.
“Dost kimi İlqar Mirzəyev hər zaman bizimlə idi. O çox savadlı hərbçi idi. Hər zaman deyirdi ki, bu torpaq həsrəti nə zaman bitəcək? Bitdi, qardaş. Sizin başlatdığınız yolu müzəffər Azərbaycan ordusu davam etdirdi. Onun kimi peşəkar hərbçilər unudulmaz”, -deyə X.Məmmədov bildirib.
Könül Cəfərli