Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mürşüd Nərimanov dəfn olunub.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, onun nəşi Məzrəli kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin doğmaları, İmişli rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Mürşüd Nadir oğlu Nərimanov 1963-cü il yanvarın 5-də İmişlinin Məzrəli kəndində anadan olub. 1994-cü il yanvarın 26-da Ağdam rayonunun Qərvənd kəndində itkin düşüb.
Qaynar xətt:
(055) 224 12 12