Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İmişlidə yanacaqdaşıyan avtomobil aşıb: Xəsarət alanlar var
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat qəzası nəticəsində yanacaqdaşıyan avtomobilin aşması barədə məlumat daxil olub.
Nazirliyin Mətbuat Xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunublar.
Qəza nəticəsində mümkün yanğın-partlayış hadisəsinin qarşısının alınması məqsədilə yanğınsöndürənlər tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

İmişlidə yanacaq daşıyan qoşqulu avtomobil aşıb.
APA-nın məlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunda, Bəhrəmtəpə qəsəbəsi ərazisində baş verib.
Ələkbər Ələkbərovun idarə etdiyi "Mercedes" markalı yanacaqdaşıyan yük avtomobili idarəetməni itirərək yoldan çıxıb və aşıb.
Qəza zamanı xəsarət alan sürücü və sərnişin Nilufər Əliyeva İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) İmişli Rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Ötən gün ölkə ərazisində bir qəza baş verib, beş nəfər xəsarət alıb
- Aeroport yolunda zəncirvari QƏZA
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI