Bakının Günəşli qəsəbəsində imtahandan kəsildiyi üçün intihar etdiyi iddia olunan şagirdlə bağlı bəzi detallar məlum olub.
Gəncin nənəsi bildirib ki, nəvəsi imtahandan kəsilməyib:
"Çox ağıllı, tərbiyəli nəvə idi, 18 yaşına bir həftə olar keçmişdi. İmtahana gedəcəkmiş. Bir anlıq nə düşünübsə canına qəsd edib".
Ölən şəxsin qonşusu isə vurğulayıb ki, mərhumu bu gün səhər saatlarında görüb.
Ətraflı Baku TV-nin süjetində:
İmtahana gedən gəncin müəmmalı ölümü: Özünü binadan atan şəxsin nənəsi DANIŞDI
Bakının Günəşli qəsəbəsində imtahandan kəsildiyi üçün intihar edən şagird vəfat edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 11:11-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V Massivindən bir nəfərin intihara cəhd etməsi səbəbi ilə çağırış daxil olub.
Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.
Təcili tibbi yardım hadisə yerinə çatdıqda təxminən 18 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb.
16:26
İmtahandan kəsilən şagird özünü yaşadığı binadan atıb.
Azxəbər.com-un məlumatına görə, hadisə Bakının Günəşli qəsəbəsində baş verib.
Olay binada yaşayan sakinlər tərəfindən lentə alınıb.
Həmin görüntüləri təqdim edirik:
İmtahana gedən gəncin müəmmalı ölümü: Özünü binadan atan şəxsin nənəsi DANIŞDI