2017-ci ildə insan alveri ilə bağlı qeydə alınan faktlar açıqlanıb.
Oxu.Az-ın məlumatına görə bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı mübarizə Baş İdarəsinin polis polkovnik-leytenatı Ramil Kazımov deyib.
Onun sözlərinə görə, 2017-ci ildə insan alveri ilə bağlı 142 fakt müəyyən edilib.
Ramil Kazımov qeyd edib ki, 2015-ci ildə 109, 2016-ci ildə isə 141 fakt qeydə alınıb.
İlhamə Əbülfət
www.oxu.az