Bakı şəhəri Hüseyn Cavid 23 ünvanında dayanacaq lövhəsi var, lakin onun özü yoxdur.
Sakinlər bildirirlər ki, bu hal yağışlı və küləkli havada onlar üçün çətinlik yaradır.
Onlar dayanacaq lövhələrinin olması ilə yanaşı paviliyonların olmasını da istəyirlər:
"Təkcə lövhə olanda bir çox avtobuslar da məhəl qoymur. Bəzən ötüb keçirlər".
Bu kimi hal Bakının bir küçəsi ilə məhdudlaşmır.
Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında: