Şamaxı ilə İsmayıllını birləşdirən əsas alternativ yollardan biri hesab olunan Dəmirçi-Lahıc avtomobil yolu qəzalı vəziyyətdədir.
Belə ki, baş verən sürüşmə nəticəsində yolun asfalt örtüyü dağılıb, iri çatlar yaranıb.
Nəticədə, həmin istiqamətdə hərəkət edən sürücülər çətinliklə üzləşirlər.
"Dəmirçi-Lahıc yolu bərbad vəziyyətdədir, demək olar ki, tamamilə dağılıb, uçmuş vəziyyətdədir. Hər yağışdan sonra çatlar çoxalır, çuxurlar yaranır. Maşını burada sürmək qeyri-mümkündür. Uçqunlar, döngələr var, amma yol nişanları yoxdur", - sürücü narazılığını bildirib.
Ətraflı Baku TV-nin süjetində:
Şamaxı ilə İsmayıllını birləşdirən əsas alternativ yollardan biri hesab olunan Dəmirçi-Lahıc avtomobil yolu qəzalı vəziyyətdədir.
Rəylər