Azərbaycan hökuməti intellektual mülkiyyət məhsullarında xüsusi nəzarət markalarının (holoqram) tətbiq olunmasını təsdiq edib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Müəllif Hüquqları Agentliyindən bildirilib ki, hazırda Agentlik nəzarət holoqramlarının tətbiqi üzrə iş mexanizmini hazırlayır:
“Sənədlərin hazırlanması işi son mərhələdədir. Holoqramlar bu sənədlər əsasında tətbiq olunacaq. Yaxın vaxtlarda holoqramların tətbiq olunacağı gözlənilir”.
Xüsusi nəzarət holoqramları ilə proqram məhsulları, dərman preparatlarının qablaşdırmaları, kitabların (həmçinin dini) cildləri və digər məhsullar nişanlanacaq.
Ümumilikdə müəllif, oxşar və digər hüquqlar daşıyan bütün Azərbaycan məhsullarının xüsusi nəzarət holoqramları ilə nişanlanacağı gözlənilir. (Trend)