Nazirliyin təqdim etdiyi “Telefon nömrəsi üzrə axtarış” xidməti ən çox istifadə olunan e- xidmətlər sırasında yer alıb.
Bu barədə Oxu.Az-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RTYN) məlumat verilib.
Mart ayında sözügedən xidmətdən 71 101 dəfə istifadə edilib. Xidmət ölkə üzrə ən çox istifadə olunan elektron xidmətlər sırasında 3-cü yerdə qərarlaşıb.
“Xidmətdən yararlanmaq istəyən istifadəçi telefon nömrəsini daxil etdikdən sonra bir sıra məlumatları əldə etmək imkanına malik olur. Bu məlumatlar içərisində nömrə sahibinin adı, soyadı, yaşadığı ünvan, abunəçinin növü, vətəndaşın şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcları, ADSL internet borcları və s. qeyd etmək olar. Sözügedən e-xidmət həmçinin istifadəçilərə borclarını onlayn şəkildə ödəmək imkanı verir” - deyə, nazirliyin məlumatında deyilir.