Bu barədə BAKU.WS “Vesti”yə istinadən xəbər verir.
Yadplanetlilərə göndəriləcək bir məlumatın uzunluğu 144 simvolla məhdudlaşır – bu, SMS və ya Tvitter-də olduğu kimidir.
Lone Singal METİ – “Yerdən kənardakı sivilizasiyalara məlumat göndərmək” layihəsi çərçivəsində açılıb. Məlumatların ötürülməsi üçün Kaliforniyada (ABŞ) Ceymsburq yerüstü kosmik rabitə stansiyası işə salınıb. Siqnallar fasiləsiz olaraq, Yerdən təxminən 17,6 işıq ili məsafəsində yerləşən Gliesse 256 ulduzuna göndəriləcək. Sayta Azərbaycandan da daxil olmaq və məlumat göndərmək mümkündür.
Yadplanetlilərdən kimsə məlumatı aldıqda belə, cavabı 35 il gözləmək lazım gələcək. Gliese 256 qırmızı cırtdanlar tipindən olan ulduzdur və təsadüfən seçilməyib – güman edirlər ki, onun yaxınlığında canlıların yaşadığı planetlər ola bilər.
www.baku.ws
Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin