Məyus olan və ya ruhi xəstələrin “Koroğlu” metrostansiyasının yanında yerləşən körpüdən atılaraq həyatlarına son qoymaq cəhdlərinin sayı artır.
Belə cəhdlərdən biri də bu gün qeydə alınıb. Amma xoşbəxtlikdən intihara cəhd edəni xilas etmək mümkün olub.
Hər belə hal sosial şəbəkə və mətbuatda müzakirə mənbəyi olur. Həddən artıq sarkazma malik istifadəçilər onu – “Məyusluq körpüsü”, “İntihar körpüsü”, “Son sığınacaq” və s. adlandırmağı təklif edir.
Amma əsas iş bunda deyil. Problem, məyusluğun son həddi olan intihar həddinə çatdırılan insanların, onların gözündə o biri dünyaya qapı olan bu körpüyə gələrək intihara cəhd etmələrinə kimsənin mane olmamasıdır.
Ümid edək ki, müvafiq orqanlar tərəfindən gələcəkdə bu qəbildən olan insidentlərin qarşısının alınması üçün tədbirlər görüləcək və artıq “İntihar körpüsü” adını qazanmış körpüyə giriş bağlanacaq.
Aliyə İsmayılzadə