Şəmkirdə intihara cəhd edən qohumunu xəstəxanaya aparan şəxs yolda qəzaya düşüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistralında, rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb. VAZ-2106 və VAZ-2107 markalı avtomobillər toqquşub.
Araşdırmalarla məlum olub ki, Namiq Qədirov idarə etdiyi VAZ-2106 ilə sirkə turşusu içən qohumu Sübhan Qədirovu xəstəxanaya aparırmış.
Qəza zamanı Namiq Qədirov eləcə də VAZ-2107-nin sürücüsü Eldar Orucov xəsarət alıb. Onlar və sirkə turşusu içən Sübhan Qədirov xəstəxanaya yerləşdirilib. Hər üçünün vəziyyəti kafi qiymətləndirilir.
İlkin məlumata görə, S.Qədirov sirkəni intihar məqsədilə içib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
17:20
Şəmkirdə ağır yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan VAZ 2106 ilə VAZ 2107 markalı minik avtomobilləri toqquşub. Qəza zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
Könül Cəfərli