Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İntiqam Babayevin yerinə yeni aparat rəhbəri təyin olundu
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni aparat rəhbəri təyin edilib.
Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, qurumun İdarə Heyətinin sədri Rüfət Mahmudun müvafiq əmri ilə sözügedən vəzifəyə Fuad Xəlilov gətirilib.
1978-ci ildə Bakı şəhərində anadan olan Fuad Xəlilov Azərbaycan Dövlət Neft Akademiyasını "Beynəlxalq iqtisadi əlaqələr" ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2000-ci ildə bank sektorunda başlayaraq "Nikoil Bank", "Bank Standard" və "Standard Insurance ASC" kimi maliyyə qurumlarında məsul və rəhbər vəzifələrdə çalışıb.
2017-2025-ci illər ərzində telekommunikasiya sahəsində fəaliyyətini davam etdirən Fuad Xəlilov "Bakcell" və "Azerconnect Group"da B2B satış və məhsul idarəetməsi sahələrinə rəhbərlik edib. 2020-ci ildə Dövlət Məşğulluq Agentliyində sədrin müşaviri vəzifəsində fəaliyyət göstərərək dövlət idarəçiliyi sahəsində də təcrübə qazanıb.
Qeyd edək ki, bundan əvvəl "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev vəzifəsindən azad olunaraq, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri təyin edilib.
"Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi" teqi üzrə xəbərlər
- Xalq musiqimizin səssiz fəryadı: Unudulmuş səslər, yadlaşan irs
- Yazıçılar Birliyinin sədri Mədəniyyət Nazirliyini tənqid etdi: "Dəfələrlə məktub yazmışam"
- Möminə xatun türbəsi restavrasiya olunacaq
- Fyodor Bondarçuk İrandan təxliyə olunduqdan sonra Azərbaycandan Moskvaya qayıdıb
- Tanınmış tarzən vəfat etdi